Bazar ertəsi , May 11 2026
azfa

Molla rejimin hüquq-mühafizə orqanlarında fərarilik artır

GADTB: İranda hüquq-mühafizə və hərbi strukturlarda ciddi kadr problemi yaşanır. Bildirilib ki, SEPAH və polis qüvvələri arasında fərarilik halları artmaqdadır.

Məlumata əsasən, yalnız bir əməliyyat bazasında təxminən 350 nəfər xidmət yerini tərk edib. Bəzi bölmələrdə isə fərarilik və ya işə çıxmama göstəricisinin 90 faizə qədər yüksəldiyi bildirilir.

SEPAH yaranmış kadr çatışmazlığını aradan qaldırmaq üçün təcili tədbirlər görür. Bu çərçivədə təqaüdə çıxmış hərbçilərin yenidən xidmətə çağırıldığı, habelə, bəzi məhbusların əfv vədi ilə təhlükəsizlik strukturlarına cəlb edildiyi açıqlanıb.

Bildirilib ki, xüsusilə İsrailin F-35 qırıcıları ilə mümkün qarşıdurma ehtimalı pilotlar arasında da ciddi narahatlıq yaradır. Yak-130 təyyarəsinin vurulması ilə bağlı hadisədən sonra şəxsi heyətdə ruh düşkünlüyünün artdığı qeyd olunur.  

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …