Molla rejimin İsfahana 5 Azərbaycan vilayətindən çox büdcə ayırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi açıq ayrıseçkilik və irqçilik edərək İsfahana 5 Azərbaycan vilayətindən çox büdcə ayırdı.

Bu il hökümət tətəfindən ayrılan büdcəyə görə ölkə vilayətlərinin sıralanmasına baxdıqda aydın olur ki, 11.623 milyard tümən ayrılmış büdcə ilə Şərqi Azərbaycanın mövqeyi ölkə üzrə 9-cu yerdədir. 

• Həmədan vilayətinin büdcəsi 3115 milyard tümən;

• Zəncanın büdcəsi 6369 milyard tümən;

• Ərdəbilin büdcəsi 2194 milyard tümən;

• Qərbi Azərbaycan 4224 milyard tümən;

• Azərbaycan əyalətlərinin ümumi büdcəsi isə 27534 milyard tüməndir.

İsfahan əyaləti bu cədvəldə 32.40 milyard tümənlə ikinci yerdədir. Güney Azərbaycanın beş vilayətini müqayisə etməklə təkcə İsfahan vilayətinin büdcəsinin Güney Azərbaycan əyalətlərindən çox olduğunu aydın görülür. Beləliklə irqçi fars-molla rejimi Güney Azərbaycana qarşı ayrıseçkilik və irqçi siyasətini kəskinləşdirərək açıq müstəviyə daşıyıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …