GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İslam Respublikasının minalardan təmizləmə mərkəzinin nümayəndə heyətinin Ermənistana səfəri davam edir.
Ermənistanın humanitar və minalardan təmizlənməsi üzrə ekspert mərkəzi xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistan Müdafiə Nazirliyinin xüsusi işlər üzrə direktoru Levon Xaçatryan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla rəsmi görüş keçiriblər.
İranın Minalardan Təmizləmə Mərkəzinin sədri general Məhəmmədhüseyn Əmir Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın tarixi və mədəni yerlərinə, o cümlədən İrəvandakı Göy məscidə baş çəkib.
Qonaqlar habelə Tsisernakabarddakı qondarma “Erməni Soyqırımı Memorialını və Muzeyini” də ziyarət ediblər.
Görüşün sonunda Ermənistanın Ərazilərin Minalardan Təmizlənməsi və Humanitar Ekspertiza Mərkəzi ilə İranın Minatəmizləmə Mərkəzi arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı birgə protokol imzalanıb. /Azad İran