Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimin Prokurorluğu azərbaycanlı fəal Yusif Karinin zaminə buraxılması üçün girov məbləğini artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Ərdəbildəki Prokurorluğu azərbaycanlı fəal Yusif Karinin zaminə buraxılması üçün  girov məbləğini artırıb.

Azərbaycan Milli Hərəkatının fəalı Yusif Karinin ailəsi girov haqqının 300 milyon tümənə qədər artırıldığını bildirib.

İlkin olaraq fəalın girov haqqı 100 milyon tümən təyin edilsə də sonradan hakim bu məbləği 300 milyon tümənə qədər artırıb.

Azərbaycanlı fəal Yusif Kari bir müddət öncə alverlə məşğul olarkən molla rejimin qüvvələri tərəfindən döyülərək həbs edilmişdi.

Azərbaycanlı fəal polis-təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Ərdəbil şəhərinin 14-cü polis bölməsinə aparılmış və polis bölməsində olan polis əməkdaşları, Rza Hüseynzadə və Əsgər Pənahi tərəfindən döyülmüşdü.

Qeyd edək ki, əvvəllər təhlükəsizlik qurumlarının təzyiqi ilə iş və iqtisadi fəaliyyətinə qadağa qoyulan Yusif Kari öz qazancını alver vasitəsilə təmin edirdi.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …