Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin yarıtmaz siyasəti nəticəsində Nəhənd bəndi qurudu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yarıtmız siyasəti nəticəsində artıq Təbrizin içməli suyunun böyük hissəsini təmin edən Nəhənd su bəndi quruyub.

Bununla bağlı artıq Təbrizin böyük hissəsinə su verilmir.  

Bir neçə gün öncə Şərqi Azərbaycan Su Qurğularının idarəedici direktoru Məhəmməd Xani demişdi ki, “Nəhənd bəndinin 3,5 milyon kubmetr su ehtiyatı qalıb və bu, Təbrizin içməli su təchizatını 1 aydan az müddətə təmin edəcək”.

Qeyd edək ki, Nəhənd su bəndi Şərqi Azərbaycan vilayətində, Təbriz şəhərindən 43 kilometr şimalda, Təzəkənd kəndi yaxınlığında yerləşir və Təbriz şəhərinin su təchizatının demək olar ki, 50%-ni təmin edir.

Həmçinin yoxlayın

Vaşinqton İslam Respublikasının neft maliyyə şəbəkəsinə yeni dağıdıcı zərbə vurdu: banklar, valyuta mübadiləsi şirkətləri və s. sanksiya tətbiq edildi

GADTB: ABŞ Maliyyə Nazirliyi yeni sanksiyalar mərhələsində İslam Respublikasının neft gəlirlərinin köçürülməsində iştirak etməkdə ittiham …

Tramp İrana yenidən hücum ehtimalından danışdı, lakin quru qoşunlarının göndərilməsini istisna etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə, xüsusilə Nətənz yaxınlığındakı yeraltı “Kuh Koləng Qəzla” …