Molla rejiminin bəsic qüvvələri Güney Azərbaycanda gənc qızı qətlə yetirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin bəsic qüvvələri Fatimə Fərahətmənd (Aytəkin) adlı gənc qızı qətlə yetiriblər.

Bəsic qüvvələrinin Güney Azərbaycanın Qoçaçay (Miyanduab) xanımı təqib etdiklərinə onun ölümünə səbəb olublar.

Çərşənbə günü Fatimə Fərahətmənd rəfiqəsi ilə birlikdə avtomobillə Qoçaçay (Miyanduab)  sahilində hərəkət edirmiş. Fatimə hicablı olmadığı üçün Bəsic qüvvələri tərəfindən təqib edilib. Fatimənin maşını aşıb və o həyatını itirib, digər qız da ağır yaralanıb.

Qeyd edək ki, Fatimə Fərahətmənd 19 yaşında idi və son etirazlarda iştirak edib və məcburi hicaba etiraz olaraq şəhərdə hicabsız gəzirdi.

Həmçinin yoxlayın

Ərdəbildə molla rejimin keçirdiyi fitnə toplantısnın sponsoru Mehdi Mədhət Azərbaycan mediasını hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xameneinin Ərdəbildəki nümayəndəsi Amolinin göstərişi ilə Ərdəbildə keçirdikləri …

Molla rejimi azərbaycanlı fəallar Yusif Kari və Tohid Əmirəminini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəallar Yusif Kari …