Cümə , Fevral 3 2023
azfa

Molla rejiminin həbs etdiyi Tahirə Becrəvaninin həbs müddətini artırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı xanım Tahirə Becrəvaninin müvəqqəti həbs müddətini daha bir ay artırdı.

Bundan öncə isə o ailəsilə telefon danışığında Evin zindanının 209-cu bölməsində həbsdə olduğunu demişdi.

Qeyd edək ki, Tahirə Becrəvani 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən Əli Fətuhinin həyat yoldaşıdır.

Azərbaycanlı xanım dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində özünün iş yerində rejimin  məmurları tərəfindən həbs edilmişdi. Fəalın ailəsi aidiyyəti orqanlara müraciətlər etsələr də, onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə məlumat ala bilməmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdəki Azərbaycan konsulluğunu da hədəf alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib. …

İran Azərbaycana Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım …