GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin həbs etdiyi Zəncandan olan azərbaycanlı müharibə əlili Məhəmmədvəli Heydərbeygi Zəncanda rejimin zindanında aclıq aksiyası keçirir.
Məhəmmədvəli Heydərbeyginin etiraz aksiyalarında həbs edilərək Zəncanın Səfərabad zindanına köçürülüb.
Noyabr 19- də İran təhlükəsizlik məmurları Məhəmmədvəli Heydərbeyginin Zəncan əyalətinin Əbhər şəhərindəki evinə basqın edərək onu Zəncanda rejimin Səfərabad zindanına aparıblar.
Aclıq aksiyası keçirən Heydərbeyginin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, İran-İraq müharibəsi iştirakçısı olan Məhəmmədvəli Heydərbeygi iki ayağını itirib və 70% əlildir.