Çərşənbə axşamı , May 26 2026
azfa

Molla rejiminin məmurları azərbaycanlı fəal Saleh Molla Abbasini döyərək yaxaladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən irqçi fars-molla rejiminin məmurları azərbaycanlı fəal Saleh Molla Abbasini döyərək yaxaladılar.

Hələlik azərbaycanlı fəalın həbs edilməs səbəbi və saxlanma yeri barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, etirazlar başlayandan İran ETTELAAT İdarəsinin məmurları Saleh Molla Abbasinin evinə iki dəfə hücum etmişdilər. Fəal özü evdə olmadığı üçün onun ailə üzvlərini döyüb və təhqir etmişdilər.

Eyni zamanda İranın ETTELAAT məmurları Saleh Molla Abbasinin evində axtarış aparıb, ona məxsus kompüter, telefon və başqa şəxsi əşyaları müsadirə edərək, özləri ilə aparmışdılar.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …