GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,
İrqçi fars-molla rejiminin məmurları Güney Azərbaycanın Qəzvin bölgəsinin Əlvənd şəhərindən olan Hadisə Nəcəndini qaçırıblar.
Hadisə 3 yaşlı övladını uşaq bağçasına qoyduqdan sonra rejiminin məmurları tərəfindən qaçırılıb.
Azərbaycanlı xanım barəsində heç bir məlumat yoxdur. Ailəsi və yaxınları polisə müraciət etsələr də, onlara bir cavab verilməyib.
Qeyd edək ki, Hadisə Nəcənd bloger idi və onun bir neçə gün öncə öz İnstaqram səhifəsində Məhsa Əmini ilə bağlı paylaşım etdiyi bildirilir.