Şənbə , Avqust 22 2026
azfa

Molla rejiminin müstəmləkəsiyasəti; Şərqi Azərbaycanda 309 konteynerdən məktəb kimi istifadə edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti məktəb sahəsində də özünü göstərir. Təkcə Şəriq Azərbaycan əyalətində 309 konteynerdən məktəb kimi istifadə edilir.

Şərqi Azərbaycan Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin rəisi Fərhad Fərhudi açıqlama verərək deyib ki, Güney Azərbaycanın həmin bölgəsində 309 məktəbin şagirdləri koneynerlərdə dərx oxumaq məcburiyyətindədirlər.

Fərhudi rəsmilərin bundan öncə dəfələrlə verdiyi vədləri təkrarlayaraq deyib ki, yaxın iki il ərzində mövcud konteyner məktəbləri standart məktəblərlə əvəz edəcək.

Fərhudinin sözlərinə görə, ötən bir il ərzində əyalətdə yalnız 12 konteyner məktəbi normal tikili məktəblə əvəz edə biliblər.

Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin sədri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin bərpası üçün vəsait ayıra bilmədiyini və bu problemin həlli üçün yerli xeyriyyəçilərin dəstəyinə ehtiyac olduğunu söyləyib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda məktəb binası tikintisinə lazımi büdcə ayırmadığı üçün əhalidən xeyriyyəçi şəxslər məktəb biunası tikib, şagirdlərin təhsili üçün dövlətə təhvil vermək məcburiyyətində qalırlar.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …