Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Molla rejiminin Təbrizdə yaxaladığı Əli Şadidən heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə yaxaladığı Əli Şadidən heç bir məlumat verilmir.

Azərbaycanlı fəal yalnız yaxalanandan 3 gün sonra bir neçə saniyəlik ailəsi ilə telefon əlaqəsində ETTELAAT İdarəsində həbsdə olduğunu bildirib. Ailənin müraciətlərinə baxmayaraq fəalın vəziyyəti barədə heç bir məlumat verilməyib. Bu isə onun ailəsinin ciddi nigaranlığına səbəb olub.

Hələlik fəalın nədə ittiham edilməsi barədə də heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, Əli Şadi yanvarın 2-də rejimin məmurları tərəfindən yaxalanıb. Məmurlar məhkəmə qərarı olmadan evə hücum edib, axtarış apararaq, fəala məxsus kompüter və kitabları müsadirə ediblər.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …