Şənbə , Yanvar 4 2025
azfa

Molla rejiminin yaxaladığı azərbaycanlı fəal Nilufər Şakiri vəkilsiz 6 il həbs məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 11-də Kərəcdə keçirilən mitinqlər zamanı həbs edilən Zəncanlı etirazçı Nilufər Şakri vəkil və heç bir müdafiəyə imkan verilmədən 6 il həbsə məhkum edilib, eləcə də 2 il ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Nilufərin anası məlumat paylaşıb.

Bundan öncə isə Nilufərin anası yazmışdı: “Qızımın həbsdə olmasından 5 ay keçməsinə baxmayaraq, hələ də onun barəsində nə hökm çıxarılır, nə də vəkil tutmağa icazə verilir”.

Qeyd edək ki, irqçi fars-molla rejiminin məmurlarının işgəncə etdiyinə görə azərbaycanlı fəal Nilufər Şakiridə daxili qanaxma baş vermişdi.

Oktyabrın 11-də Kərəc şəhəridə keçirilən etiraz aksiyası zamanı saxlanılan ictimai fəal Nilufər Şakirinin sağlıq durumu ağırlaşıb və xəstəxanaya yerləşdirilmişdi. Lakin rejimin məmurları fəalı yenidən ağır vəziyyətdə zindana köçürmüşdülər.

Nilufər Şakirinin ailəsinin verdiyi məlumata görə, ağır şəkildə döyülən Nilufər Şakiri dekabrın 24-ü axşam saatlarında rejimin məmurlarının müşayiəti ilə xəstəxanaya köçürülmüşdü.

Həkimlərin israrlarına baxmayaraq ilkin tibbi yardmdan sonra yenidən azərbaycanlı xanım  fəal zindana aparmışdılar.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və Heydər Oğuzun “Xamneyinin Amuli quşu” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İran hər vasitə ilə Livanda terroru dəstəkləməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutun “Rəfiq Həriri” hava limanında İranın “Mahan Air” …