Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Türkiyənin HÜRJET təyyarəsi dünyanın diqqət mərkəzindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyenin müdafiə sənayesi dünyanın da diqqətini çəkir.

Almaniyada nəşr olunan aviasiya və uçuş jurnalı “Flugrevue” Türkiyenin milli imkanlarla hazırladığı təlim və yüngül hücumçu təyyarəsi HÜRJET-lə bağlı xəbər yayıb.

Jurnalda HURJET-in texniki xüsusiyyətlərinə toxunulub və Türkiyenin aerokosmik sənayesi TUSAŞ-ın öz imkanları ilə layihəyə 2017-ci ildə başladığı vurğulanıb.

Xəbərdə ilk uçuşun “18 Mart 1915 Çanaqqala Zəfəri” münasibəti ilə martın 18-də həyata keçirildiyi bildirilib və HURJET-in Almaniyaya ixrac oluna biləcəyi vurğulanıb.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …