Çərşənbə , Oktyabr 28 2026
azfa

Muğanda azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsində tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə aksiya keçirilib.

Azərbaycanlı milli-mədəni fəallar şəhərin müxtəlif yerlərində divarlara Abbas Lisanə azadlıq tələbilə şuarlar yazıblar.

Muğanın Parsabad şəhərinin divarlarına “Azərbaycan var olsun, Lisani azad olsun” şüarı yazmaqla azərbaycanlı siyasi məhbusa azadlıq tələb ediblər. 

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsindən oğurlanıb.

Sonradan onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olub.

O, 15 il həbs və 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum olunub.

Azərbaycanlı siyasi məhbus hazırda İran rejiminin Ərdəbildəki zindanında həbs dövrünü keçirir.

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …