Muğanda ustad Şəhriyarın heykəlinin açılışı mərasimi keçirildi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı fəalların haqlı tələbindən sonra Güney Azərbaycanın Muğan bölgəsində  görkəmli Azərbaycan şairi ustad Məhəmməd Hüseyn Şəhriyarın heykəlinin açılış mərasimi keçirilib.

Qeyd edək ki, 4 il əvvəl şairin büstü Muğanda ucaldılmışdır. Lakin həmin büst ötən il naməlum səbəbdən dağıdılmışdır. Bu hadisə azərbaycanlıların kəskin etirazına səbəb oldu.

Etirazlar artıq nəticə verib və şairin heykəli avqustun 20-də Muğanda Parsabad şəhərinin “Azadi meydanı”nda ucaldılıb. Həmin meydanın adı da “Şəhriyar meydanı” ilə dəyişadlandırılıb.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın