Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

SEPAH terror təşkilatı Hörmüz boğazında iki neft tankerinə hücum etdiyini açıqlayıb

GADTB: SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda bildirib ki, cümə günü səhər saatlarında Hörmüz boğazında iki neft tankerinə hücum həyata keçirib. SEPAH həmçinin tankerlərdən birində baş verdiyi iddia olunan yanğını əks etdirən görüntülər yayımlayıb.

Bəyanatın yayılmasına baxmayaraq, indiyədək dəniz təhlükəsizliyi və beynəlxalq dəniz daşımalarına nəzarət edən heç bir beynəlxalq təşkilat Hörmüz boğazında belə bir hadisənin baş verdiyini təsdiqləyən məlumat yaymayıb.

SEPAH hücuma məruz qaldığını bildirdiyi iki tankeri “qayda pozan” adlandırıb və iddia edib ki, həmin gəmilər İran İslam Respublikasının müəyyən etdiyi marşrutlardan kənar hərəkət etdiklərinə görə hədəfə alınıblar.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …