Bazar , Noyabr 29 2026
azfa

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında İran İslam Respublikası ETTELAAT İdarəsinin əməkdaşlarının Ərdəbildə yaşadığı evə basqın etməsindən sonra həbs olunaraq naməlum yerə aparılıb. İndiyədək onun saxlanıldığı yer və vəziyyəti barədə məlumat yayılmayıb.

Bu həbs Azərbaycanlı fəallardan bir qrupunun «Demokratlar» işi kimi tanınan məhkəmə işi üzrə məhkum edilməsindən sonra baş verib. Belə ki, son günlər həmin iş üzrə məhkum olunmuş bir sıra fəallara həbs cəzalarının icrası üçün müvafiq orqanlara müraciət etmələri barədə məhkəmə bildirişləri göndərilib.

Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi Nəsir Rəzmcunu «ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq» ittihamı ilə 3 il 7 ay, «Demokratlar qrupuna üzvlük» ittihamı ilə isə 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Rəzmcu bundan əvvəl, 2023-cü ilin avqust–sentyabr aylarında bir qrup Azərbaycanlı fəalla birlikdə «Demokratlar qrupunu yaratmaq və ona üzv olmaq» ittihamı ilə həbs edilmişdi. Təxminən üç ay saxlanıldıqdan sonra həmin fəallar girov qarşılığında azadlığa buraxılmışdılar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …