Şənbə , Mart 14 2026
azfa

Nadir Qazipur 40 milyonluq Güney Azərbaycan türkü üçün televiziya kanalı tələbi etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiyanın məclisdəki millət vəkili Nadir Qazipur 40 milyonluq Güney Azərbaycan türkü üçün 24 saat yayımlanan televiziya kanalının açılmasını tələbi etdi.

Millət vəkili iqrçi fars rejimin Teleradio Şirkətinin rəisi və rejimin İslami İrşad və Mədəniyyət nazirinə səslənərək həmin tələbi irəli sürüb.

N.Qazipur deyib: “Konstitusiyanın 15 və 19-cü maddələrinə əsasən, İranda 40 milyonluq türk cəmiyyətinin 24 saat yayımlanan televiziya kanalına ehtiyacı var. Nə üçün ölkə əhalisinin yarısını təşkil edən türklərə əhəmiyyət vermirsiniz? 40 milyon türk üçün İranın hər yerində yayılacaq bir qəzetə lisenziya verin, qoy bu cəmiyyətin də bir qəzeti olsun”.

Qeyd edək ki, irqçi və işğalçı fars rejimi Güney Azərbaycanda 40 milyonluq Azərbaycan türkününü bütün hüquqlarını tapdamış, dili və mədəniyyətini qadağan etmiş və Güney Azərbaycanı da işğal edərək müstəmləkə vəziyyətinə salmışdır.

 

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın