Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Nasir Şəfəq Tiraxtur klubunun alıcısını hədələdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizin Tiraxtur klubunun sahibi olduğunu iddia edən Nasir Şəfəq bu klubun özəl sektora verilməsi, eləcə də alıcısını hədələdi. O bildirib ki, bu alqı-satqı ilə bağlı alıcı məsuliyyəcə cəlb ediləcək.

Bununla bağlı yazdığı məktubda Şəfəq qeyd edib ki, Tiraxtur klubunun özəl sektora verilməsi qanusuzdur və bu klubun öz əsas sahibinə qaytarılması üçün müraciət edəcək. O bildirib ki, keçmiş 8 il üçün təzminat da tələb edəcək.

Qeyd edək ki, irqçi fars rejimi Tiraxtur klubunu zəiflətmiş və klub artıq özəl sektora verilməsi üçün satışa çıxarılıb.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

GADTB: Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda …

Güney Azərbaycan şəhərlərində benzin qıtlığı və böhranı

GADTB: Yerli sakinlərin məlumatlarına görə, hazırda Güney Azərbaycan üçün aylıq üç benzin limiti müəyyən edilib: …

Bir cavab yazın