Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İrqçi fars rejimi ilə bağlanan nüvə müqaviləsi tam ləğv ediləcək

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkə ulə imzalanan nüvə razılaşmasını yaxın zamanlarda tam məhv gözləyir. Bunu ABŞ Dövlət Departamenti sədrinin eks-müaşviri Robert Aynxorn deyib.

“Nəzəri baxımdan müqavilənin ABŞ olmadan qalması mümkündür. Praktik baxımdan isə real deyil.

Əminəm ki, bütün əsas Avropa bankları və şirkətləri öz bizneslərini İrandan çıxarmaq üçün qərar qəbul edəcəklər. Nəticədə İran nüvə razılaşmasından sonra əldə etməyi planlaşdırdığı iqtisadi faydalardan məhrum olacaq. Avropa hökumətləri Çin və Rusiya ilə birgə İranı bu razılaşmada daha bir neçə ay qalmağa inandıra biləcəklər. Yekunda iqtisadi faydaların azalması İranda sərt siyasi kursun tərəfdarlarının nüvə razılaşmasından uzaqlaşmaq haqqında qərar qəbul etmələrinə səbəb olacaq. Bu isə razılaşmanın çöküşü deməkdir”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın