Bazar ertəsi , Noyabr 16 2026
azfa

NATO Türkiyənin S-400 raketləri barədə açıqlama verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, NATO Türkiyənin S-400 raketləri barədə açıqlama verdi.

NATO-nun Baş katib Yens Stoltenberq Türkiyənin Rusiyadan alacağı S-400-lərə bağlı danışıb:

Yens Stoltenberqdeyib: “Hərbi gücünü inkişaf etdirmək ölkələrin öz qərarıdır. NATO üçün önəmli olan fərqli sistemlərin birgə işləyə bilməsidir”.

Məsələni dəfələrlə Ankara və Vaşinqtonla müzakirə etdiklərini deyən NATO generalı həll yolunu tapacaqlarına ümid etdiklərini vurğulayıb.

“Çünki Türkiyənin almağa qərar verdiyi sistemlə bağlı Amerikayla anlaşılmazlıq hər kəs üçün çətin vəziyyətdir. ABŞ və Türkiyənin bu məsələ barəsində ikili təmasını alqışlayırıq”.

 

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …

Bir cavab yazın