Cümə axşamı , Oktyabr 15 2026
azfa

NYT: “İran hakimiyyəti sağ qalmaq üçün mübarizə aparır”

GADTB: “The New York Times” qəzeti yazır ki, İran eyni vaxtda iki ciddi təzyiqlə üz-üzədir: ölkə daxilində artan etirazlar və İsrail ilə ABŞ-dan gələn hərbi təhdidlər. Nəşrin təhlilinə görə, İran hakimiyyəti həm ictimai qəzəbi cilovlamağa, həm də mümkün xarici hücum riskinin qarşısını almağa çalışır.

Qəzet qeyd edir ki, İran hökuməti son illərdə etirazları zorakılıqla yatırmaqla vəziyyəti nəzarətdə saxlayırdı, lakin bu dəfə şərait daha mürəkkəbdir. Eyni zamanda, İranın nüvə proqramı ilə bağlı güzəştə hazır olduğuna dair heç bir əlamət yoxdur.

Qəzetin yazdığına əsasən, prezident Məsud Pezeşkian açıq şəkildə ölkənin problemlərinin həlli ilə bağlı “aydın planının olmadığını” etiraf edib. Mərkəzi Bankın rəhbərinin istefası indiyədək nəticə verməyib. Nəşrin qənaətinə görə, iqtisadi böhranın real həlli Vaşinqtonla nüvə sazişi və sanksiyaların ləğvindən keçir, lakin bu hazırda əlçatmaz görünür./Azad İran  

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …