Cümə axşamı , Oktyabr 1 2026
azfa

Paşinyan işğalçı Ermənistanın baş naziri olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib ki, baş nazir seçildikdən sonra hansı iqamətgahda qalacağımı müəyyən etməmişəm. Hər şey qanun çərçivəsində olacaq.

Paşinyan saqqalını qırxıb-qırxmayacağını da hələ müəyyənləşdirmədiyini bildirib.

O, Respublika Partiyasının ona dəstək verəcəyini vurğulayıb:

“Vaqram Baqdasaryan mənimlə görüşdə təsdiq etdi ki, məni dəstəkləyəcəklər. Məni baş nazir vəzifəsinə irəli sürəcəklər. Bunu fakt hesab etmək olar”.

Qeyd edək ki, Nikol Paşinyan artıq ABŞ-ın Ermənistandakı səfiri Riçard Milzlə görüşüb. O, həmçinin, bu gün Rusiya, Gürcüstan, İran və Avropa Birliyi səfirləri ilə görüşəcəyini də bildirib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Yusif Sələhşur elektron qandalla məzuniyyətə buraxılıb

GADTB: Güney Azərbaycanlı milli fəal Yusif Sələhşur bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının icrası üçün …

Türk Dövlətləri Təşkilatın;n müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib

GADTB: “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv …

Bir cavab yazın