Cümə axşamı , Oktyabr 29 2026
azfa

İran adlanan ölkə nüvə qroqramına görə güzəştə getməyəcəyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, İran nüvə sazişi barəsində bir daha heç bir sövdələşmə aparmayacaq və əsla müzakirə masasına əyləşməyəcək.

ABŞ-ın saziş çərçivəsində öhdəsinə düşən öhdəlikləri kobud şəkildə pozduğunu bildirən XİN rəhbəri eyni zamanda Vaşinqtonun anlaşmanı imzalayan digər ölkələrə qarşı “zorbalıq” etdiyini qeyd edib.

İran adlanan ölkənin Britaniyadakı səfiri Həmid Baidinejad isə deyib:

“ABŞ-ın razılaşmadan çıxması sazişin hüquqi qüvvəsini itirməsi deməkdir. Vaşinqtonun belə addımı razılaşmanın vacib hissəsinin pozulması anlamına gələcək. Bizim Vaşinqtona bir neçə cavab addımımız ola bilər. Bunlar sırasında uranın zənginləşdirilməsinin davam etdirilməsi, MAQATE ilə əməkdaşlıq barədə yeni qərarın verilməsi yer alacaq”.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın