Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

CNN: Hər gün Hörmüz boğazının cənub marşrutu ilə 3–5 milyon barel neft daşınır

GADTB: CNN gəmiçilik mənbələrinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatları ilə həyata keçirilən ayrı-ayrı hücumlara və ABŞ ilə İran İslam Respublikası arasında razılaşmanın olmamasına baxmayaraq, hər gün 3–5 milyon barel neft Hörmüz boğazının cənub marşrutu ilə, Oman sahilləri yaxınlığından daşınmağa davam edir.

CNN Marisks Dəniz Kəşfiyyat Agentliyinə istinadən bildirib ki, Hörmüz boğazında gəmi hərəkəti məhdudlaşsa da, tam dayanmayıb və bu strateji su yolu hələlik tam hərəkət qadağası mərhələsinə keçməyib.

CNN əlavə edib ki, İranın dəstəklədiyi husilərin xəbərdarlıqlarına baxmayaraq, Qırmızı dənizdə də gəmiçilik fəaliyyəti davam edir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …