GADTB: İran prezidenti Məsud Pezeşkian Amerikada yaşayan bir qrup iranlı ilə görüşündə İranda hər hansı gərginlik və toqquşma olarsa İranın parçalana biləcəyindən söz açıb.
“İranda bir hadisə baş versə, iranlılar deyə bir şey qalmayacaq. Azərbaycan (Güney), Kürdüstan, Xuzistan və Bəluçistan (əyalətləri) İrandan ayrılıb müstəqil olacaq, öz qüvvələrini yaradacaq və artıq İran olmayacaq. Biz ölkədə qarışıqlıq olmasını istəmirik. Ölkədə birlik yaratmaq istəyirik. Gəlin oturub birlikdə danışaq…”, – deyə, Pezeşkian çıxışında vurğulayıb.