Cümə , Aprel 19 2024
azfa

Qərb İran adlanan ölkənin nüvə proqramına dəyişiklik edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ və Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya, Fransa) may ayınadək İran adlanan ölkənin nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planına dəyişikliklər işləyib hazırlayacaq.Bu barədə ABŞ dövlət katibinin müavini Stiven Qoldsteyn açıqlama verib.

“Artıq işçi qruplar yaradılıb. Biz sazişi daha əsaslı etməyə çalışacağıq. Bununla bağlı işlər mayın sonunadək yekunlaşmalıdır”, deyə S.Qoldsteyn qeyd edib.

Onun sözlərinə, görə işçi qrupun ilk görüşü ötən həftə Londonda baş tutub.

Yanvarın əvvəlində ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, Vaşinqton İranın nüvə proqramına dair daha uzunmüddətli sazişin bağlanmasını istəyir. “Biz uzun müddətə hesablanan sazişin tərəfdarıyıq. Əgər İran istifadəyə yararlı nüvə silahı və yaxud nüvə başlıqlı ballistik raketlər əldə etsə, ölkəyə qarşı bütün sanksiyalar dərhal bərpa olunmalıdır”, deyə M.Pens qeyd edib.

Qeyd edək ki, İran adlanan ölkənin nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran adlanan ölkə nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilirdi.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın