
GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, təxribat və kibercasusluq fəaliyyətləri ciddi şəkildə artıb.
Britaniyadakı Feyford hərbi hava bazasına dronlarla hücum cəhdində şübhəli bilinənlər həbs olunub. Bu bazadan ABŞ təyyarələri istifadə edir.
İlin əvvəlindən bəri Britaniyada İranla əlaqəli fəaliyyətlərə görə 50-dən çox şəxs saxlanılıb.
İran artıq təkcə sürgündəki müxalifləri, KİV-ləri və yəhudi icmalarını deyil, həm də Avropadakı hərbi obyektləri və kritik infrastrukturları hədəf alır.
İran yeni taktika seçib və beləcə hücum və təxribat əməliyyatlarında məhkumluq tarixçəsi olmayan adi şəxslərdən və cinayət şəbəkələrindən geniş istifadə edir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi