Bazar ertəsi , Fevral 3 2025
azfa

Qərb Liviyanın artıq Türkiyənin Liviyası olmasını etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türkiyəli jurnalist Taha Dağlı yazır ki, Liviyanın sabitliyi Türkiyənin qazancı deməkdir.

O bildirib ki, yeni qurulan Liviyanın təməlini Türkiyə atacaq:

“Qərb mediası Liviyaya artıq “Türkiyənin Liviyası” deyir. Bu nə mənaya gəlir? Liviyanın yenidən inşa edilməsi Türkiyənin qazancıdır. Liviya neft yataqları ilə zəngin bir ölkədir, bunu unutmayaq. Bundan başqa, Aralıq dənizindəki enerji məsələsində də bu ölkə Türkiyə üçün çox vacib limandır. Liviyada sabitliyin hökm sürməsi dəniz razılaşmasının əldə olunması deməkdir. Bununla Şərqi Aralıq dənizindəki təbii qazın bundan sonrakı müddətdə əsas aktoru Türkiyə olacaq. Türkiyənin Liviyadakı varlığı həm liviyalıların, həm də Türkiyənin qazancıdır”.

T.Dağlı qiyamçı Xəlifə Haftardan da bəhs edib:

“Haftar artıq məğlubdur. Heç kim də uduzanın yanında olmaq istəmir. Haftar Qahirəyə getsə də, Sisi onunla görüşməyib. Sisi rejiminin tək çarəsi qalıb, o da Rusiya və Türkiyənin razılaşması. Rusiya da Haftarı istəməyəcək. Çünki Türkiyə Haftarın olduğu masanı heç vaxt qəbul etməz”.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və Mahmudəli bəy Çehrəqanlı və İsa bəy Qəmbərin “TBA TV“də “Güney Azərbaycan müstəqilliyinin zərurəti və onu tanıyacaq ölkələr.” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Azərbaycan Pakistana 2 milyard dollarlıq sərmayə qoyur

GADTB: Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq. Bu barədə Pakistanın “Dawn” nəşri məlumat yayıb. …

Bir cavab yazın