GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan İcması Avropa Birliyinin qərəzli mövqeyinə etiraz etiraz olaraq bəyanat yayıb.
Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib ki, Avropa Birliyinin (AB) nümayəndəsi ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.
“AB-nin Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.
Bu kimi qərəzli açıqlamalar AB-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir”, – bəyanatda vurğulanıb.