Çərşənbə , May 8 2024
azfa

Qaradonlu tariximiz olan albanlar və ərmənlər

GADTB: Bir tarixi gerçəklik gəlmə türkmənləri çaş-baş salır. Qaraman – Ərməniyyəsi xristianlığı ilk qəbul etdiyinə görə xaçpərəst görüncə ərməni demək adəti bu gün də Azərbaycanda qalmaqdadır. Haylara türklərin erməni adı verməsi bununla bağlıdır. Altaylarda buddizmi qəbul edən dönük türklərə isə (tabğaçlara) tat deyilirdi. Bu siyasət haylara sərf edirdi. Heç zaman dövlət qurmamış haylar böyük bir mirasa sahib olmaq, varislik etmək üçün yalançı tarixlər uydurmağa başladılar.

Ərəblərin yürüşlərindən ağır zərbələr yemiş bu hay toplumuna artıq Bizansın əli çatmırdı. Osmanlı sayəsində dincliyə qovuşmuş oldular. Xristianlıq adına ərəblər Qaraman – Ərməniyyəsini və Azərbaycan – Albaniyasını tanıyırdı. Bölgədə yaratdıqları ərazi vahidlərini I-II-III-IV Ərməniyyə adlandırdılar.

Ərəb tarixçisi İstəxri yazır:

“Biz Ərməniyyə, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq. Azərbaycanın sərhədləri Tərm və Zəncanın son həddinə çatan dağ silsiləsidir. Sonra bu silsilə Dinəvərin son hüduduna çatır, sonra Hülvan və Şəhrazurun o tərəflərinədək uzanır, daha sonra isə Ərməniyyə hüdudlarını əhatə edir”.

Eyni faktı Yəqubi, İbn Həvqəl də təsdiqləyir. Yəni, özlərinin dediyi kimi nə hayların, nə Hayastanın tez-tez din dəyişən hay keşişlərinin Fərat çayının yuxarı axarında sığındıqları hansısa kiçik kilsədən qeyri coğrafi ərazili dövlətləri olmayıb. Çayın sol sahilinə kiçik Hayastan, sağ sahilinə isə böyük Hayastan deyiblər. Bu ad coğrafi nomendir (Böyük Qışlaq və Kiçik Qışlaq və.s. kənd adlarına uyğun). Böyük Ermənistan, ümumiyyətlə “erməni” adını hayların ağızlarına almaları türkə təhqirdir.

Hayların “erməni” adını ələ keçirməklə Qaramanlı və Qıpçaq xristianlara məxsus mirasa sahib çıxaraq Qafqazadək yayıldılar. Onlar Üçmüəzzin (haylar səhv olaraq Eçmiədzin deyirlər) pravoslav – alban kilsəsinə tor atdılar. Onu ələ keçirdikdən sonra provaslav kilsə hay qriqoryanlığının mərkəzinə çevrildi. Rusiya tarixçi-etnoqrafı V.Veliçkonun bu barədə ma¬raqlı qeydləri mövcuddur:

“XVIII əsrin sonunda Üçmüəzzin katalikosunun ümumxalq seçki-sinin prinsipinə zidd olaraq bu vəzifəyə Üçmüəzzin ruhaniləri tərəfindən yenicə seçilmiş arxiyepiskop Qukas (Luka) təyin olunmuşdu. Konstantinopol patriarxı Zaxariya buna etiraz etməyə başlamışdı. Qukas ona səmimi məktublar yazmış, həmin vaxt isə Konstantinopol erməni cəmiyyəti Zaxariyanın vəzifədən uzaqlaşdırılmasını türk hökumətindən xahiş etmişdi. Cənab Yezovun tərifini göyə qalxızdığı Qukasın tələsməsi Ağvan (Alban) – Qanzasar kilsəsi (indiki Ağdərə rayonunun ərazisindədir – müəl.) patriarxı İsraelin Üçmüəzzin taxtıtacına seçilməsindən əl çəkməsinin vacibliyi ilə izah olunur. Söhbət ayrılmış Ağvan (Alban – türk) patriarxına zərbə vurmaq və teokratik mütləqiyyət qurmaqdan gedirdi. Vəzifədə olan qulluq adamlarının məlumatsızlığı və yaxud satqınlığı üzündən bu məsələdə həm türk, həm də rus hökumətinin mənafeləri düz gəlməsə də həssaslıqla və yekdilliklə onu (Qukası – müəl.) müdafiə edirdilər.

Bizim Konstantinopola (İstanbula) göndərdiyimiz elçi Tomara 1801-ci ildə hökumətə hüsn-rəğbətlə çatdırmışdı ki, Qukas “Rusiyanın köməyi ilə öz millətini dirçəltməyə çalışır”. Xarici katolikosun könlü xoş olsun deyə Alban katolikosu həddən artıq sıxışdırılmış, sonra isə Qarabağın və Gəncənin Rusiyaya birləşdirilməsi nəticəsində ləğv olunmuş və bu, heç kəsə bildirilməmişdi. Məlum olmuşdu ki, bizim siyasətçilər, hətta öz ərazilərində Siss və Aktamar patriarxlarının “bütün ermənilərin katali-kosu”ndan azad olunmasını müdafiə eləməyi başa düşən türklərdən də az uzaqgörəndirlər”

(V.L.Veliçko “Qafqaz”

Bakı 1995 s.59-60).

Faktın doğruluğunu təsdiqləyən daha bir sənəd isə bu hadisədən 300 il öncə Rəvanqulu xanın Şah İsmayıla yaz-dığı bir məktubdur. Məktubda deyilirdi:

”Mesapatomiyadan Van gölü hövzəsinə, oradan da 5-10 nəfərlik dəs-tələrlə sənətkarlıqla məşğul olmaq adıyla Oğuz – türk yurdu olan Qafqaza köçürülən ermənilərin sənətkarlıq əvəzinə, kilsə tikib yerləşərək özlərini, Qafqazın yerli xalqı olmalarını iddia edəcəklərini müəyyən etdik. Belə hərəkətlər gələcəkdə xoşagəlməzliklərə yol aça bilər… Bunları qarışıq (alban – rum) Ağkilsə (Üçmüəzzin) katalikosluğu maliyyələşdirir…”

Hayların Rusiyadan aldıqları dəstək sayəsində Alban və Qaraman türklərinin dini irslərinə sahib durmaları, həm-çinin Osmanlıdan aldıqları dəstəklə Anadoludakı abidələri öz adlarına çıxması faktları onlarcadır…

Bu gün Qarabağda özlərini Arsaq (adını da səhvən Artsax yazırlar) adlandırdıqları (parflar, partlar) mirasına göz dikənlərin qarşısında kimsənin danışmaması, arsaq-ların kimliyi haqqında susmalarını anlayışla qarşılamaq mümkün deyil. Bir gün haylar qalxıb:

“Əsl türk mənəm!” desə təcüblənmərəm. Çünki assimilyasiya etdikləri Türk-Qıpçaq toplumlarının, cinli(çinli) tayfasının bu gün genetik analizlərlə haylar arasında 49 faiz təşkil etdiyi üzə çıxıb. Haylar cidd – cəhdlə bu faktı gizlətməyə çalılşırlar. Çox güman ki, buna cavab olaraq:

“Həpimiz erməniyiz!” – plakatlı bir mitinq yaparıq. Arsaqların türk olmaları məsələsi çox üzdə olan məsələdir.

Dədə Qorqud “Oğuznamə”-sinə görə:

“Arsaqlar 24 Oğuz boyunun sol qolunu təşkil edən Üçokların Göy Alp (Göy xan) oğlu Bayandur boyundandır. Böyük Arsaqların üç bəyliyi sayılan Kiçik Arsaqlar (Arşakuni) qolu isə 24 Oğuz boyunun sol qoluna mənsub üçokların Dağ Alp(Dağxan) oğlu Salğır(Salvur) boyundan və Qazan xan sülaləsindən hesab olunurlar”.

(X.Ədəboğlu “Unudulmuş Turanın çöl çiçəkləri” Bakı 2006. səh. 130-131).

Xəqani Ədəboğlu Kolanı,

Tarixçi – Alim və Veteran –

Jurnalist.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …