Bazar , Oktyabr 11 2026
azfa

Qazax türklərinə Ağ Ev qarşısında dəstək aksiyası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 8-də Ağ Evin qarşısında Vaşinqtonda yaşayan qazaxıstanlıların və başqa türklərin aksiyası keçirilib.

Aksiyada “Putin, Qazaxıstandan əlini çək”, “KTMT ordusu Qazaxıstanı tərk etsin”, “Tokayev istefa”, “İnternet bərpa edilsin”, “Biz terrorist deyilik, xalqıq”, “Putin, Qazaxıstandan çıx” kimi şüarlar səsləndirilib və plakatlar qaldırılıb.

Həmçinin Nazarbayevin də əleyhinə şüarlar səsləndirən aksiyaçılar və çıxışçılar olayların səbəbkarları kimi Nazarbayev-Tokayev cütlüyünü göstəriblər.

Aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə qazaxlardan bir az əvvəl rus müdaxiləsindən işğalından əzab çəkən başqa bir xalqın – ykraynalıların da Rusiya əleyhinə aksiyası olub.

Aksiyaları başa çatan ukraynalıların çoxusu meydanı tərk etməyərək Ukrayna bayraqları və çıxışları ilə Qazaxıstana dəstəklərini ifadə ediblər.

Aksiyada Azərbaycan adına qızı ilə iştirak edən ABŞ-da yaşayan soydaşımız, tanınmış diaspor fəalı Zaur Bayramlı isə rus imperializminin coğrafiyamızdakı fəsadları ilə bağlı Ukrayna televiziyasına müsahibə verib.

Həmçinin yoxlayın

Siyamək Mirzai girov müqabilində Ərdəbil həbsxanasından azadlığa buraxılıb

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov …

Tehranın şimal-şərqində İranın nüvə silahları proqramı ilə əlaqələndirilən “Minzadehi” kompleksində yeni tikinti işləri aşkarlanıb

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 2026-cı il oktyabrın 10-da, şənbə günü, Tehranın şimal-şərqində yerləşən …