Şənbə , Aprel 27 2024
azfa

Krımoğlu: Rus qoşununu ölkəyə çağırmaq xalqına, dövlətinə xəyanətdir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krım tatarlarının məşhur lideri Mustafa Əbdülcəmil Krımoğlu (Mustafa Cəmilov) Qazaxıstanda baş verən son hadisələr haqda danışarkən deyib ki, Qazaxıstanda xoşumuza gəlməyən hadisələr oldu. Amma bizim üçün ən acınacaqlısı budur ki, Tokayev bu hadisəni öz imkanları ilə həll etmək əvəzinə, Rusiyadan kömək istədi. Bunu öz xalqına, dövlətinə xəyanət adlandırmaq olar.

“Rusiyanı öz ölkənə çağırmaq nə deməkdir? Biz Rusiyanın bir ölkəyə girən zaman nə etdiyini Krım nümunəsindən çox yaxşı bilirik. Bu, Qazaxıstan üçün böyük təhlükədir.

Etirazçılarla müzakirə aparmadan onları öldürmək qeyri-insani davranışdır. Gələcəkdə də nə olacağını görəcəyik. Amma bunlar nə Qazaxıstanın, nə də Rusiyanın maraqlarına uyğundur. Rusiya bundan kifayət qədər faydalanacaq. Bəli, 3 min rus əsgəri göndərdilər, amma bunun 3 min, yoxsa 30 min olduğunu dəqiq söyləmək mümkün deyil. Çünki Rusiyanın sözlərinə heç vaxt etibar etmək olmaz. Ümid edirik ki, orada sülh bərqərar olacaq və xarici ölkələrin vətəndaşları gedəcək”, – deyə Krımoğlu bildirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …