Bazar , Oktyabr 11 2026
azfa

Təbriz küçələrində “Azərbaycanı qarətə yox” şüarı yazılmış posterlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlərdə sosial şəbəkələrdə trend olmuş “Azərbaycanı-qarətə-yox” həştaqı artıq poster şəklində Təbriz küçələrində divarlara yapışdırılıb.

Azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın Təbriz şəhərində üzərində “Azərbaycanı qarətə yox” şüarı yzılmış çox sayda posteri şəhərin müxtəlif yerlərində divarlara yapışdırmaqla İranın irqçi fars rejiminin Güney Azərbaycanın sərvətlərini müstəmləkəçi kimi talamasına etiraz ediblər.

Qeyd edək ki, İran rejimi illərdir Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talayıb fars bölgələrinə daşıyır. Azərbaycana isə yoxsulluq, bədbəxtlik və mədənlərin talanmasından əmələ gələn ekoloji fəlakət buraxır.

Həmçinin yoxlayın

Siyamək Mirzai girov müqabilində Ərdəbil həbsxanasından azadlığa buraxılıb

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov …

Tehranın şimal-şərqində İranın nüvə silahları proqramı ilə əlaqələndirilən “Minzadehi” kompleksində yeni tikinti işləri aşkarlanıb

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 2026-cı il oktyabrın 10-da, şənbə günü, Tehranın şimal-şərqində yerləşən …