Cümə axşamı , Dekabr 5 2024
azfa

Qazaxıstanda uyğur türklərini soyqırıma məruz qoyan Çinə qarşı etirazlar keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan hüquq-mühafizə orqanları martın 27-də ölkə boyu bir neçə şəhərdə Çin əleyhinə etirazlar keçirən azı 20 nümayişçini həbs ediblər.

Nümayişçilər Çinin Qazaxıstan üzərində artan təsiri və iqtisadi gücünə etiraz ediblər.

Fəallar həmçinin Çinin Şərqi Türküstan (Sincan regionunda) türklərin, o cümlədən qazaxlar və uyğurların kütləvi həbsini qınayıblar.

Etirazlar Qazaxıstanın ən böyük şəhəri Almatı və paytaxt Nur-Sultan, habelə Oral, Çimkənd və Aktobedə keçiriliblər.

Almatıda yüzlərlə insan bir meydanda toplaşaraq Çinin Qazaxıstanda “ekspansionizm”i qınayıblar. Azı yeddi nəfər mitinqə gedərkən yolda saxlanıb.

Nur-Sultanda da bir neçə insan nümayişə gedərkən yolda saxlanıb. Polis etirazçıların toplanacağı gözlənilən meydanı mühasirəyə alıb.

Etirazları qadağan olunmuş Qazaxıstanın Demokratik Seçimi (DVK) və qeydiyyatdan keçməmiş Qazaxıstan Demokrat Partiyası (DPK) təşkil edib.

Son aylarda Qazaxıstan boyu bir çox fəala DVK-nin fəalliyyətində, habelə qrupun təşkil etdiyi mitinqlərdə iştirak etdiklərinə görə şərti həbs cəzaları verilib.

DVK-yə Qazaxıstanın BTA Bankının firarda olan keçmiş sədri və Qazaxıstan hökumətinin tənqidçisi Muxtar Ablyazov başçılıq edir.

Həmçinin yoxlayın

Urmiya gölünün yanında qədim dəmir istehsalı mərkəzi tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün cənubunda ilk dəfə olaraq “Vesta Şeyx” …

Qərbi Azərbaycan əyalətinə yeni vali təyin edildi

İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin açıqlamasına əsasən, Nazirlər Kabinetinin bugünkü iclasında Rza Rəhmani Qərbi Azərbaycanın …