Şənbə , Oktyabr 17 2026
azfa

Qoşaçayda azərbaycanlı fəallara azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay (Miyandoab) şəhərində azərbaycanlı fəallara azadlıq tələb edilib.

Bir qrup azərbaycanlı milli-mədəni fəal irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə divarlara şüarlar yazıblar.

Onlar Güney Azərbaycanın Qoşaçay (Miyandoab) şəhərində bir neçə yerdə gənclər aşağıda göstərilən şüarları yazıblar:

“Azərbaycanın siyasi məhbuslarına azadlıq!”;

“Azadlıq, ədalət, milli hökumət!”.

Həmçinin rejimin həbs etdiyi fəalların adı yazılmaqla onlara azadlıq tələb ediblər.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …