Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Quzey Qibris 45 il sonra “Xəyyallar şəhəri”nin qapılarını açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Qibris Maraş bölgəsi ictimaiyyətə açıq elan ediləcək. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül bölgəyə səfər edərək burada dağılmış təsərrüfatın vəziyyətini nəzərdən keçirib.

Qeyd edək ki, Maraş bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib. O dövrdə təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub.

1974-cü ildən bəri əraziyə giriş qadağan edilib.

Maraş bölgəsi bir zamanlar “Xəyallar şəhəri”, “Cənnət adası” kimi adlarla dünyada tanınıb.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …

Bir cavab yazın