Şənbə , Sentyabr 28 2024
azfa

Rəisini tənqid etdiyinə görə azərbaycanlı xanım 2 il həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Qasım Bodi Təbriz sakini olan azərbaycanlı xanımın helikopter qəzasında ölən İran keçmiş prezidenti İbrahim Rəisini tənqid etdiyinə görə həbs olunduğunu bildirib.

Azərbaycanlı vəkil bununla bağlı yazıb:

“İyunun 8-də 45 yaşlı, iki uşaq anası və ailə başçısı olan azərbaycanlı xanım Məryəm Bayramian Rəisinin Təbrizə səfəri zamanı çıxışına etiraz etdiyi üçün həbs edilib.

O, Təbriz İnqilab Məhkəməsi tərəfindən “hökumət rəsmilərini təhqir etmək” və “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də günahlandırılaraq iki il həbs cəzasına məhkum edilib.

Məryəm Bayramian bir müddətdir ki, zindandadır”.

Həmçinin yoxlayın

Terror təşkilatı Sepah-ın “Qüds” qanadının komandanı Qaani də Livanda öldürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Terror təşkilatı Sepah-ın “Qüds” qanadının komandanı İsmayıl Qaaninin …

Bitərəf mənbələr təsdiq etməsə də İsrail ordusu Həsən Nəsrullahı öldürdüyünü deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hələlik bitərəf mənbələr təsdiq etməsə də İsrail ordusu …