Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycanın Traxtur komandası İsfahanın Sepahan komandasını məğlub edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Futbol Premyer Liqasının altıncı həftəsinin ən həssas oyunlarından birində Güney Azərbaycanın Traxtur  komandası İsfahanın Sepahan komandasını məğlub edib. İsfahandakı “Fuladşəhr” stadionunda keçirilən bu yarış “Traxtur”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyunda yeganə qolu birinci hissənin əlavə dəqiqələrində Əmirhüseyn Hüseynzadə vurub. Cərimə meydançasında yaranmış fürsətdən istifadə edən Hüseynzadə “Sepahan”ın qapısını açıb və “Traxtur”u öz meydanında bu görüşdən üç vacib xal qazandırıb.

Azərbaycanın Traxtur komandası bu qələbə ilə turnir cədvəlinin zirvəsinə yüksəlib və Premyer Liqanın cari mövsümündə güclü komanda olduğunu nümayiş etdirib.

Tərəfdarlar “Türk dilində mədrəsə olmalıdır Hərkəsə” şüarını səsləndiriblər.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …