Cümə , İyun 20 2025
azfa

Radiofərdadan İran rejiminin həbs etdiyi Şahin Bərzgər barədə proqram-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Radiofərda irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər barədə proqram yayıb.

Proqramda Şahin Bərzgərin tərcümeyi-halı təqdim edilib.

Proqramda bildirilir ki, Şahin Bərzgər 29 yaşında  öyrəncidi və Təbrizdə yaşayır. O son illərdə dəfələrlə yaxalanaraq, həbs edilmişdi. Şahin Bərzgər Azad İslam Universitetində “Tikinti mühəndisliyi” ixtisasında təhsil alıb və əsasən mütaliəyə marağı olan gəncdir. O həmçinin əhaliyə ödənişsiz şəkildə Azərbaycan türkcəsi və ədəbiyyatı tədris edirdi.

Qeyd edək ki, irqçi fars rejimin məmurları Təbriz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri iyulun 22-i, axşam saatlarında yaxalayıb. Hazırda o girov qarşılığında məhkəmə vaxtına qədər zaminə buraxılıb.

Keçən il avqust ayında Şərqi Azərbaycanda Apellyasiya məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən azərbaycanlı milli fəalın cəzası 3 aya endirilib və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəzlənmişdi.

Həmçinin yoxlayın

İsrail Güney Türkmənistanın Ağqala bölgəsində hərbi təyinatlı zavodu vurdu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Türkmənistanın Ağqala bölgəsində bölgəsində hərbi təyinatlı obyektə hava hücumu edib. …

İsrail Ərdəbil və Təbrizdə molla rejimin bazalarını vurub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bü gün səhər saat 5-də İsrail Ərdəbil bölgəsində …