Cümə , Aprel 17 2026
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Zeynəb Həmrəngi həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qərbi Azərbaycan vilayətində yaxaladığı azərbaycanlı mədəni fəal Zeynəb Həmrəng Seyidbəylini Tehranın Evin zindanına salıb.

“HRA” agentliyi türk fəalın daha əvvəl məhkum olduğu 6 illik həbs müddətini keçirmək üçün Evin zindanına göndərildiyini bildirib.

Qeyd edək ki, təqaüdçü müəllim olan Zeynəb Həmrəng bir müddət əvvəl rejim tərəfindən şərlənərək “Milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “Sistemə qarşı fəaliyyət” ittimahları ilə Tehran İnqilab Məhkəməsində mühakimə edilib və 6 il həbsə məhkum olmuşdu.

Z.Həmrəng keçən həftə Qərbi Azərbaycan vilayətinə səfər etdiyi zaman tutulub və 5 gün nəzarətdə saxlanıldıqdan sonra Tehrana köçürülüb.

Əslən Muğan bölgəsindən olan Zeynəb Həmrəng Seyidbəyli hazırda Tehranda yaşayır. O, keçən yanvar ayında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, bir müddət sonra mülki zəmanət qarşılığında müvəqqəti zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın