Bazar , Oktyabr 25 2026
azfa

Rejim azərbaycanlı fəal Müctəba Pərvini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  Ərdəbildə yerləşən 101 saylı cinayət məhkəməsində azərbaycanlı fəal Müctəba Pərvini 2019-cu il iyun ayının 16-da mühakimə edib.

Fəal rejimin ETTELAAT İdarəsinin hazırladığı hesabat üzrə azərbaycanlı fəal şərlənərək, dövlət avtomobilini yararsız hala salmaqda ittiham edilib.

Qeyd edək ki, azərbaycanlı fəal Müctəba Pərvin Babək Qalası Quruıtayı ərəfəsində həmin mərasimdə iştirak ehtimalına görə rejimin təhlükəsizlik orqanları tərəfindən yaxalanıb. Rejimin ETTELAAT İdarəsinin məmurları iddia edirlər ki, fəalı yaxalayarkən o məmurlarla toqquşub və avtomobilə xəsarət dəyib.

Azərbaycanlı fəal Müctəba Pərvin isə həmin ittihamların əsassız olduğunu deyib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın