Bazar , Oktyabr 25 2026
azfa

Rejim azərbaycanlı işçi fəalı Əmir Çəmənini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin internet cinayətkarlığı – fəta polisi azərbaycanlı işçi fəalı Əmir Çəmənini Təbriz şəhərində yaxalayıb.

Azərbaycanlı fəal aprelin ikisidə polis tərəfindən çağırılıb və fəal polis bölməsinə gediyində yaxalanıb.

Rejimin həbs etdiyi azərbaycanlı fəal Çəməni ailəsi ilə qısa telefon əlaqəsində yaxalandıqdan sonra prokurorluğa aparıldığını bildirib. Fəal yaxanamla səbəbi barədə də ailəsinə heç bir məlumat verməyib.

Qeyd edək ki, Əmir Çəməni Təbrizin Azad Universitetinin magistratura pilləsində “Sosiologiya” ixtisası üzrə təhsili alır.

O 2011-ci ildə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən öz evində yaxalanaraq işgəncəyə məruz qalıb.

Azərbaycanlı fəal bunun ardınca 2012-ci ildə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində 1 il həbs və 40 şallaq cəzasına məhkum edilmişdir. Fəal həmçinin 2018-ci ildə terrorçu Sepah tərəfindən yaxalanaraq “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində 6 ay həbsə məhkum edilmişdir.

Hazırda isə rejimin koronavirusu ölkədə və zindanlarda yaymasına baxmayaraq azərbaycanlı fəal yenidən yaxalanıb. Bunun isə fəalın həyatına ciddi təhlükə yaratdığı bildilir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın