
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları Təbriz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri iyulun 22-i, axşam saatlarında yaxalanıb.
Azərbaycanlı fəalın nə səbəbdən yaxalandığı və harada saxlandığı barədə məlumat yoxdur.
Qeyd edək ki, Şahin Bərzgər 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda başqa azərbaycanlı fəallarla birlikdə Təbrizdə yaxalanmışdı.
Milli fəal təxminən 100 gün təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.
Keçən il avqust ayında Şərqi Azərbaycanda Apellyasiya məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən azərbaycanlı milli fəalın cəzası 3 aya endirilib və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəzlənmişdi.