Cümə axşamı , Mart 28 2024
azfa

Rejim icazə vermədiyi üçün azərbaycanlı fəal Mustafa Pərvinin rəssamlıq sərgisini evində açdı –Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin törətdiyi maneələr üzündən azərbaycanlı milli-mədəni fəal Mustafa Pərvin dünən 2018-ci il noyabr ayının 30-da rəssamlıq sərgisini “Evin” sərgisi adil ilə Ərdəbildə öz şəxsi evində açıb.

Sərgi azərbaycanlı milli-mədəni fəalların iştirak ilə açılıb. Açılışdan öncə milli-mədəni fəal Əsgər Əkbərzadə, Pərvin ailəsi tərəfindən hər kəsi salamlayaraq, sərgiyə qatıldıqlarına görə öz təşəkkürünü bildirib. O deyib ki, sərginin şəhərin adi bir sərgi salonunda deyil, ev şəraitində keçirilməsi böyük təəssüf doğurur. O azərbaycanlı rəssam Mustafa Pərvinin səlahiyyətli məsulların yaratdığı bütün manelərə rəğmən sərgi keçirməkdə israrlı olduğunu xüsusi alqışladıqla sözü tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə verib.

Abbas Lisani sırginin açılışını eədərək, Pərvin ailəsinə Azərbaycana layiq övladlar yetirdiyinə görə öz təşəkkürünü bildirib. O deyib ki, sənətkar öz sənətini ideyaları uğrunda inkişaf etdirməlidir. Müəyyən imkanlardan yararlanmaq üçün sənəti fəsad törədən və xarakteri pozulmuş insanların tələbi istiqamətində irəli aparmaq düzgün deyil. Mustafa Pərvin rəssamlıq sahəsində istedadlı bir sənətkar olduğu kimi, mübarizə aparmağı da yaxşı bilir. Bu isə Azərbaycan millətinin ideyalarının gərçəkləşməsi istiqamətində mübarizə aparmağın əsas şərtlərindən biridir.

Abbas Lisani həmçinin 21 Azər Hərəkatına toxunaraq, deyib ki, sərginin Azər ayında, yəni 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi ilə əlaqədar baş verən hadisələrin ildönümü ərəfəsində keçirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan milləti, eləcə də xaric ölkələrdə yaşayan milli fəallar millətimizi soyqırıma məruz qoyan qüvvələrin varisləri, həmçinin fədailərlə müəyyən məsafə saxlamalı və millət üçün həssas olan məsələləri nəzərə almalıdılar. İranın qorunub saxlanılmasını istəyənlər qüvvələr heç bir millət və dilə xüsusi status vermədən burada yaşayan bütün millətlərin bərabər hüququnu təmin etməlidirlər. Lakin hakim sistem və onun müxalifəti belə davam edərsə, zülmə məruz qalan millətlər Tehranla sağollaşmağa məcbur olacaqlar.

Daha sonra “Evin” zindanının azərbaycanlı siyasi məhbuslarına həsr olunan sərgidə azərbaycanlı fəal və sənətkar Səccad Colani tərəfindən türk musiqisi ifa olunub. Mədəni fəallar 5 saat ərzində sərgiyə baxış keçiriblər.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın