Şənbə , İyul 27 2024
azfa

Rejimin əlaltıları Ərtoğrul Sağlamın Traxtur komandasından ayrılmasına səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin əlaltıları Ərtoğrul Sağlamın Traxtur komandasından ayrılmasına səbəb oldular.

Türkiyəli baş məşqçi Ərtoğrul Sağlamın artıq Güney Azərbaycanın Traxtur futbol klubundan ayrıldığı bildirilir. Artıq Sağlamın adı iyunun 9-da “Traxtur” klubunun “İnstaqram” səhifəsindən silib. Buna səbəb isə klub rəhbərliyi ilə Sağlam arasında fikir ayrılığının yaranmasının ola biləcəyi bildirilir.

Traxtur klubunun rəhbərliyi isə Ərtoğrul Sağlamı baş məşqçi kimi növbəti mövsüm üçün də saxlayacağı barədə vəd vermişdi. Lakin rejimin əlaltılarının təxribatı nəticəsində artıq Ərtoğrul Sağlamın Traxtur komandasından ayrıldığı bildirilir.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …