Cümə axşamı , İyun 1 2023
azfa

Rejimin məmurları Tehranda azərbaycanlı fəal Zeynəb Həmrəngi yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik məmurları azərbaycanlı mədəni fəal Zeynəb Həmrəngi yaxalayıb.

Rejimin məmurları yanvarın 14-də fəalın Tehrandakı mənzilinə hücum çəkib, evdə axtarış apardıqdan sonra Zeynəb xanım Həmrəngi qızı ilə birlikdə həbs ediblər.

Məmurlar həmçinin azərbaycanlı xanım fəala məxsus bəzi şəxsi əşyaları da müsadirə ediblər.

Azərbaycanlı xanım fəalın qızı həmin gün axşam sərbəst buraxılsa da, o hələ də həbsdə saxlanılır. Hələ ki, fəalın nə səbəbdən tutulması ilə bağlı məlumat veilmir.

Qeyd edək ki, rejim son vaxtlar Tehranda yaşayan azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Son günlər çoxlu sayda azərbaycanlı fəal yaxalanaraq həbsxanaya salınıb.

Həmçinin rejimin təhlükəsizlik qüvvələri Tehranda türkcə kitablar nəşr edən “Əndişeyi no” və “Təkderəxt” nəşriyyatlarını da bağlayıb.

Həmçinin yoxlayın

Rusiyadan Zəngəzur dəhlizi barədə kritik açıqlama

GADTB: Rusiya, Azərbaycan və Ermənistan rəsmilərindən ibarət işçi qrupunun iclasında Azərbaycanla Ermənistan arasında sərhəd buraxılışı …

Azərbaycanlı rəssamın İstanbulda sərgisi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, iyunun 9-dan 24-ə kimi İstanbulda Güney Azərbaycandan olan …

Bir cavab yazın