Çərşənbə , Oktyabr 21 2026
azfa

Rejimin məmurları Ərdəbil zindanında azərbaycanlı siyasi məhbus Yusif Karini döyüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbil zindanındakı məmurları zindanın 1-ci bölməsində həbsdə saxlanan azərbaycanlı siyasi məhbus Yusif Karini vəhşicəsinə döyüblər.

Bu barədə azərbaycanlı siyasi məhbusun məhbus yoldaşı ailəsi ilə telefon əlaqəsi zamanı məlumat verib. Məlumata görə, Y.Kari həbsxana məmurları tərəfindən döyülüb.

Onların dediyinə görə, zindan nəzarətçiləri qrup şəklində 1-ci bölmədə axtarış aparıb və məhbuslara qarşı kobudluq ediblər.

Buna qanunsuzluğa etiraz edən Yusif Kari məmurlar tərəfindən vəhşicəsinə döyülərək ağır bədən xəsarətləri alıb.

Daha sonra rejimin məmurları onu qandallayaraq özləri ilə aparıblar.

Azərbaycanlı milli fəalın ailəsi zindan məsulları ilə əlaqə saxlayaraq övladlarının taleyindən xəbər tutmaq istəyiblər. lakin onlara heç bir məlumat verilməyib.

Qeyd edək ki, bu dəqiqəyə qədər milli fəalın harada saxlandığı və sağlıq durumu ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …