Cümə axşamı , Noyabr 19 2026
azfa

Türk Şurasının nümayəndə heyəti işğaldan azad edilən Ağdama getdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Xatırladaq ki, aprelin 10-da Bakıda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.

Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri ermənilərin viran qoyduğu “İmarət” qəbiristanlığında olublar.

Qonaqlar qəbiristanlığın qalıqları ilə tanış olub. Səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Həmçinin yoxlayın

GADTB-dən Güney Azərbaycan Milli Məşvərət Şurasına (SANCC) dəvətlə bağlı təşəkkür məktubu

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycan Milli Məşvərət Şurasına (SANCC) dəvətlə bağlı …

Zəncanda ustad aşıq “Müslüm Əsgəri”nin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” mərasimi keçiriləcək

GADTB: Zəncanın “İşraq” Ədəbi Birliyi ustad aşıq Müslüm Əsgərinin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” …